Birləşmiş müxalifətin lideri Şahbaz Şərif Baş nazir seçilib
Pakistan Parlamenti ölkənin yeni Baş nazirini seçib. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, birləşmiş müxalifətin lideri Şahbaz Şərif ölkənin yeni Baş naziri seçilib.
Məlumatda qeyd edilir ki, parlamentdə səsvermə gücləndirilmiş təhlükəsizlik rejimində baş tutub. Səsvermədən öncə parlament binasına aparan bütün yollar bloklanıb.