Möhsin Nəqvi İran rəsmiləri ilə danışıqlar aparacaq
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
İran mediası diplomatik mənbələrə istinadən bildirib ki, Nəqvinin səfər zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi planlaşdırılır.
Səfər İranın daxili işlər naziri Əsgər Moməninin İslamabada səfərindən bir ay sonra baş tutub.
Qeyd edək ki, Pakistan və Qətər iyun ayında İran və ABŞ arasında münaqişəyə son qoymaq məqsədi daşıyan anlaşma memorandumunun əldə edilməsində əsas vasitəçilik rolunu oynayıblar. Lakin Tehran Vaşinqtonun razılaşmanı pozduğunu və İranın yenidən Hörmüz boğazını bağlamasına səbəb olduğunu iddia edir.
İran ABŞ-ın pozuntularını dayandırdıqdan və bu pozuntuların vurduğu ziyanı ödədikdən sonra boğazı yenidən açmağa hazır olduğunu bəyan edib.