Hadisə Bəlucistan əyalətində yerləşən kömür mədənində baş verib
Pakistanın Bəlucistan əyalətində yerləşən kömür mədəninə silahlı basqın olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, işçiləri qaçırmağa çalışan silahlı şəxslər 11 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıblar.
Basqının kimlərin və nə üçün həyata keçirildiyi barədə məlumat verilməyib. Hadisə ilə bağlı geniş miqyaslı istintaq işinin başladıldığı bildirilib.