Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib
Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 15 sərnişin ölüb, 50 nəfər yaralanıb. AYNA xarici mediaya istinadən bildirir ki, hazırda xilasetmə işləri aparılır.
Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.