Pakistanda musson yağışları 169 insanın həyatına son qoyub

Dünya

29.07.2023 - 09:32

cedabet dərman SEO Xidməti

Yaralıların sayının 250 nəfəri ötdüyü bildirilir

Pakistanda iyunun 25-dən iyulun 28-dək davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 169-a çatıb.

AYNA xəbər verir ki, Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, yaralıların sayı 250-ni ötüb.

Açıqlamada qeyd olunub ki, sözügedən tarixlərdə yağan güclü yağışlar nəticəsində 242 ev qismən, 1 162 ev tamamilə dağılıb və 11 mindən çox insan təxliyə edilib

Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olmuşdur.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş