Pakistanda güclü yağış nəticəsində ölənlərin sayı artıb

Dünya

12.07.2022 - 07:43

Həkimlər Klinikalar SEO Xidməti

Güclü yağışlar nəticəsində ölənlərin sayı 115-ə yüksəlib

Pakistanın Kəraçi şəhərində güclü yağış və tufan nəticəsində 5 nəfər ölüb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyi məlumat verib.

Bildirilib ki, Pakistanda bu il musson yağışları keçən illə müqayisədə 87 faiz artıb.

İyunun 1-dən fasilələrlə davam edən güclü yağışlar nəticəsində şəhərdə ölənlərin sayı 115-ə yüksəlib.

Sosial mediada əks olunan görüntülərdə bəzi yerlərdə suyun səviyyəsinin nəqliyyat vasitələrinin üzərindən qalxdığı, bəzi insanların isə şişmə qayıqlarla yoluna davam etməyə çalışdığı görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş