Pakistanda daşqınlar nəticəsində 119 nəfər ölüb

Dünya

29.08.2022 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

İyun ayından indiyədək musson yağışları nəticəsində yaranan daşqınlar 1033 nəfərin həyatına son qoyub

Pakistanda musson yağışları və daşqınlar nəticəsində həlak olanların sayı min nəfəri ötüb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, iyun ayından indiyədək musson yağışları nəticəsində yaranan daşqınlar 1033 nəfərin həyatına son qoyub.

Ötən gün daşqınlar nəticəsində 119 nəfər həlak olub.

Ölkənin şimal-qərbində, Xeyber-Paxtunxvada çaylarda güclü daşqınlar səbəbindən minlərlə insan evlərini tərk edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş