PA rəsmisi: “Ukraynanın diqtə edəcəyi şərtlər və mövqelər olacaq”

Dünya

26.02.2022 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Podolyak: “Kimin kim olduğu, kimin hansı gücə malik olduğu aydınlaşdı”

"Ukraynanın paytaxtı Kiyevdə bu gecə yaşananlardan sonra mövqeyimiz dəyişib". AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Aparatı sədrinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda Kiyevin tutacağı mövqedən bəhs edərkən deyib.

"Danışıqlar prosesində mövqeyimiz tam fərqli olacaq. Ukraynanın diqtə edəcəyi şərtlər və mövqelər olacaq. Bundan sonra nələrin olacağını biz şərtləndirəcəyik. Bitdi, bu qədər! Son günlərdəki hadisələrdən, xüsusilə də bu gecə baş verənlərdən sonra kimin kim olduğu, kimin hansı gücə malik olduğu aydınlaşdı", - M.Podolyak deyib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş