Özəl xəstəxanalarda pulsuz xidmət alanların sayı açıqlanıb

Xəbərlər

20.04.2022 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

1 792 pasiyentə angioqrafiya xidmətləri göstərilib

2022-ci ilin yanvar-mart ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə 4445 şəxs yönləndirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) AYNA-ya verilən məlumata görə, onlardan 215 nəfərini uşaqlar təşkil edir.

Belə ki, 1 792 pasiyentə angioqrafiya xidmətləri göstərilib. Həmçinin 1 167 nəfər ürək-damar cərrahiyyəsi, 703 nəfər oftalmologiya, 231 nəfər urologiya, 193 nəfər nevrologiya/neyrocərrahiyyə, 95 nəfər digər sahələr, 60 nəfər travmatologiya, 47 nəfər ümumi cərrahiyə, 21 nəfər LOR, 6 nəfər ginekologiya və doğuş üzrə əməliyyat olunub. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı keçirən pasiyentlərin sayı isə müvafiq olaraq 31 nəfər və 99 nəfərdir.

Bildirilib ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş