Özbəkistan Prezidenti Azərbaycana gəlir

Xəbərlər

21.08.2023 - 12:03

cedabet dərman SEO Xidməti

Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək.

AYNA xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan liderinin ölkəmizə dövlət səfəri proqramı iki ölkə başçılarının iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Həmçinin, danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş