Ötən sutka ərzində dünyada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünya

04.02.2021 - 04:19

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin isə 2 244 713 nəfərə çatıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox artıb. AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 403 263 nəfər yeni koronavirusa yoluxub, 12 120 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin isə 2 244 713 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş