Altı nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 halda yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan üç nəfər xilas edilib. Yanğın zamanı dörd bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı altı nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.