Ötən sutka dörd nəfər xilas edilib

Xəbərlər

07.12.2021 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Üç fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 21 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı üç fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən dörd nəfər xilas edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş