Ötən sutka 60 halda yanğına çıxış olub

Xəbərlər

04.08.2023 - 11:27

cedabet dərman SEO Xidməti

FHN əməliyyatlar barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 halda yanğına çıxış, 12 halda köməksiz vəziyyətdə qalma və bir avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla, 14 nəfər, o cümlədən dənizdə nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən dördü azyaşlı olmaqla, 6 nəfər xilas edilib. Həmçinin Masallı rayonunun Sərçuvar kəndi yaxınlığında “DAF” markalı yük avtomobili ilə “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş