Ötən həftə 115 hektardan çox ərazi minalardan təmizlənib 

Xəbərlər

21.02.2022 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş