Ötən həftə 113 hektar ərazi mina və hərbi sursatdan təmizlənib

Xəbərlər

12.07.2021 - 20:58

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan AYNA-ya bildirilib ki, iyulun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 153, tank əleyhinə 29 mina və 26 partlamamış hərbi sursat aşkarlanıb.

 

Əməliyyatlar nəticəsində 113 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş