Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb

Xəbərlər

18.01.2025 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 38,6 kiloqramdan artıq marixuana, 2,4 kiloqramdan çox heroin, həmçinin 59 ədəd metadon həbi olub.

Müəllif: Ayna.az