Ötən gün Azərbaycanda 71 nəfər saxlanılıb

Xəbərlər

01.09.2022 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatlarla bağlı 1 fakt müəyyənləşdirilib

Avqustun 31-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatların götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş