Orta məktəb dərslikləri sadələşdiriləcək

Xəbərlər

01.03.2022 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Dərsliklərin sadələşdirilməsi onların bəsitləşdirilməsi demək deyil"

"Orta məktəb dərslikləri sadələşdiriləcək. Bunun üçün mütəxəssislərlə müzakirələr aparılır". AYNA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, artıq 1, 2 və 3-cü sinif dərslikləri yenilənib: "Bu dərsliklər bizi qane edir. 4-cü sinif dərslikləri isə bu il pilot olaraq istifadəyə veriləcək". 

E.Əmrullayev qeyd edib ki, dərsliklərin sadələşdirilməsi onların bəsitləşdirilməsi demək deyil: "Bu, dərsliklərin daha anlaşıqlı və oxunaqlı olmasına xidmət edir. Dərsliklərin bəsitləşdirilməsi isə birbaşa məzmununu təhrif olunması deməkdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş