Ordumuzun mövqeləri atəşə tutulub

Xəbərlər

14.09.2023 - 15:17

cedabet dərman SEO Xidməti

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb

Sentyabrın 14-ü saat 13:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş