Ordubadda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Xəbərlər

20.03.2025 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb.

AYNA.AZ xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş