Orbandan xəbərdarlıq: “Ukraynaya dəstək Avropanın iflasına gətirib çıxaracaq”

Dünya

02.05.2025 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

“Avropa pulları, o cümlədən bizim pullarımız əl arabalarında Ukraynaya gətirilir”

“Avropa İttifaqı rəhbərliyinin Ukraynaya hərbi dəstək və bu ölkənin İttifaqa qəbul edilməsinə yönəlmiş siyasəti Avropanın iflasına gətirib çıxaracaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“Avropa pulları, o cümlədən bizim pullarımız əl arabalarında Ukraynaya gətirilir və Aİ iqtisadiyyatı kəskin vəsait çatışmazlığı yaşayır. Ukraynaya göndərilən pullar Avropa iqtisadiyyatına daxil edilsəydi nə Macarıstanda, nə də bütövlükdə Aİ-də belə problem olmazdı”, - deyə Orban qeyd edib.

Onun sözlərinə görə, Aİ liderləri ABŞ-ın iştirakı olmadan Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədirlər: “Baxmayaraq ki, Avropanın bunu təkbaşına edə bilməyəcəyi aydındır. Etiraf etməliyik ki, Birləşmiş Ştatlar olmadan biz nə Ukrayna ordusunu, nə də Ukrayna iqtisadiyyatını maliyyələşdirə biləcəyik. Nəzərə almaq lazımdır ki, Ukrayna 1 milyon nəfərlik silahlı qüvvələrə sahib olmaq istəyir”.

“Bundan əlavə, Aİ liderləri 2030-cu ilə qədər Ukraynanın Aİ-yə sürətlə daxil olmasını təmin etməyə çalışırlar. Bu prosesi maliyyələşdirmək üçün Brüssel böyük kredit götürməyi planlaşdırır ki, bu da Aİ-nin borclanmasına gətirib çıxaracaq. Bu vəsaitlərin böyük hissəsi Ukraynaya deyil, artıq orada fəaliyyət göstərən iri xarici şirkətlərə gedəcək. Lakin istənilən halda ölkənin İttifaqa daxil olması Avropa iqtisadiyyatını məhv edəcək”, deyə Orban xəbərdarlıq edib.

 “Aydındır ki, Ukraynanın tələsik Aİ üzvlüyünə verilməsi yanlış və zərərli siyasətdir. Lakin vəziyyət nəzarətdən çıxana qədər bunun qarşısını almaq olar”, - Baş nazir vurğulayıb.

Ümumilikdə, Orbanın sözlərinə görə, Macarıstanın mövqeyi ondan ibarətdir ki, Ukraynada “sülh olana qədər Avropa iqtisadiyyatı əziyyət çəkəcək”. Baş nazir əmindir ki, bununla bağlı Aİ Ukrayna münaqişəsinin həlli üçün sülh təşəbbüslərini dəstəkləməli, ABŞ-ın Ukrayna və Rusiya ilə danışıqlarına mane olmamalıdır: “Hələlik isə Brüssel müharibəni dəstəkləyir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş