Orban: “Ukraynanın maliyyələşdirilməsi Avropanı məhv edəcək”

Dünya

07.03.2025 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

“Nəyə görə Aİ-nin digər 26 üzvü bu münaqişəni sona çatdırmaq şansına sahib olmaq istəmir?”

“Ukraynaya hərbi yardımı maliyyələşdirməyə davam etmək Avropanı məhv edəcək”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropa İttifaqının Ukraynanı indi dəstəkləmək istəməsi, eyni zamanda,  müdafiə xərclərini artırması Avropanı məhv edəcək. Əgər ABŞ indi Ukraynanı maliyyələşdirməyi dayandırarsa, nəyə görə Aİ-nin digər 26 üzvü bu münaqişəni sona çatdırmaq şansına sahib olmaq istəmir?” – Macarıstan hökumətinn başçısı qeyd edib.

Bundan əvvəl Aİ-nin müdafiə sammiti Macarıstanın etirazı səbəbindən Ukraynaya dəstək haqqında bəyanatın qəbulunu təxirə salıb. İclasın yekun sənədində qeyd edilir ki, Avropa Şurası gələn həftə bu məsələni müzakirə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş