Orban: “Avropa İttifaqı ABŞ-sız Ukraynanı maliyyələşdirə bilməyəcək”

Dünya

08.11.2024 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

“Yeni vəziyyətə uyğunlaşmaq lazım olduğuna inananların sayı artır”

“ABŞ Prezidenti seçilən Donald Tramp Ukraynanı maliyyələşdirməyi dayandıracaq və bu, münaqişənin sülh yolu ilə həllinə imkan verəcək”. AYNA bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Kossuth” radiostansiyasının səhər proqramında çıxış edən Macarıstan hökumətinin başçısı bildirib ki, Avropa İttifaqı (Aİ) təkbaşına Ukrayna ordusunu maliyyələşdirə bilməyəcək.

"Ukraynadakı müharibə indi hamı üçün ən vacib məsələdir. Amerika artıq bunu təşviq etməyəcək. Çünki Tramp müharibəyə nifrət edir. Bu, bizə də təsir edəcək, çünki bu müharibəni tək Avropa maliyyələşdirə bilməz”, Orban qeyd edib.

Baş nazirin sözlərinə görə, “yeni vəziyyətə uyğunlaşmaq lazım olduğuna inananların sayı artır”.

Müəllif: Ayna.az