Azərbaycanda son sutkada koronavirusa qarşı vaksinasiyadan keçən olmayıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Azərbaycanda vurulan peyvəndlərin ümumi sayı 13 791 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 361 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 322 358, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 251 471 nəfər təşkil edir.