Operativ Qərargah COVID-19-la bağlı son  vəziyyəti açıqlayıb

Aktual

21.11.2021 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Daha 25 nəfər xəstəlikdən dünyasını dəyişib vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 573 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı28 139 nəfərdir.

Ölkədə son sutka ərzində 11 740, hazırkı dövrədək isə 5 443 180 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş