Operativ Qərargah COVID-19-la bağlı son vəziyyəti açıqladı

Aktual

15.04.2022 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 15 nəfər virusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son sutka ərzində 3 613, hazırkı dövrədək isə 6 762 824 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş