OPEC+ ölkələri neft hasilatının azaldılması müddətini uzadıblar

İqtisadiyyat

04.11.2024 - 08:37

Həkimlər Klinikalar SEO Xidməti

8 ölkə könüllü olaraq hasilatı azaltmağa davam edəcək

OPEC+ ölkələri neft hasilatının azaldılması müddətini uzatmaq qərarına gəliblər. AYNA xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda qeyd olunub.

Bildirilib ki, təşkilata daxil olan 8 ölkə könüllü olaraq hasilatı azaltmağa davam edəcək.

“OPEC+ Katibliyi qeyd edib ki, səkkiz OPEC+ ölkəsi Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman hasilatın azaldılması müddətini 2024-cü ilin dekabr ayının sonuna qədər uzadıblar”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş