Ölü toyuqları çaya atan sahibkar cəzalandırılıb

Xəbərlər

27.04.2022 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

AYNA xəbər verir ki, Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub.

Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib: “Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.

Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin, yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş