Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edib
Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Oliver Kan polşalı futbolçu Robert Levandovskinin İspaniya "Barselona"sına transferini təsdiqləyib.
AYNA-nın məlumatına görə, 53 yaşlı funksioner bu barədə "Bild" nəşrinə açıqlamasında bildirib.
Sabiq qapıçı 34 yaşlı hücumçunun keçidi üçün Kataloniya təmsilçisi ilə razılığa gəldiklərini açıqlayıb.
Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edib. Təcrübəli forvardın "Barselona" ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.