Oğuzda fermada yanğın olub

Xəbərlər

21.04.2025 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Oğuzda fermada baş verən yanğın zamanı ev quşları yanaraq tələf olub.

AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Müşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş