Oğuzda aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb - FOTOLAR

Xəbərlər

12.09.2023 - 19:49

cedabet dərman SEO Xidməti

Həmin məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.

AQTA-dan AYNA-ya verilən məlumata görə, yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.

Oğuzda aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb - Oğuzda aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş