Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

25.03.2025 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişlərə 16 min manat məbləğində ziyan dəyib

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir.

Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş