Reysin sərnişinləri karantinə yerləşdiriliblər
Bu gün ABŞ-ın Nyu-York şəhərindən Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib. Bu barədə AYNA-ya AZAL-dan məlumat verilib. Xəbərdə bildirilib ki, müəyyən edilmiş prosedura əsasən, sözügedən reysin sərnişinləri karantinə yerləşdiriliblər.
Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.