Nur-Sultan və Aktobedən Bakıya təyyarə reysləri başlayır

Xəbərlər

24.06.2022 - 18:55

Həkimlər Klinikalar SEO Xidməti

Uçuşlara iyulun 7-də start veriləcək və həftədə iki dəfə yerinə yetiriləcək

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Nur-Sultan – Bakı – Nur-Sultan, Aktobe-Bakı–Aktobe və əks istiqamətlərdə reyslərə başlayır. AYNA xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib. 

Qeyd edilib ki, uçuşlara iyulun 7-də start veriləcək və həftədə iki dəfə (cümə axşamı və bazar günləri) yerinə yetiriləcək. Reyslər Kanada istehsalı olan 86 sərnişin tutumuna malik yeni nəsil “De-Havilland Dash 8-Q400” təyyarəsi ilə həyata keçiriləcək. Biletlərin qiyməti 74 min 658 tənqədən başlayır (160 ABŞ dolları) və uçuş müddəti 2 saat təşkil edir.

“Qazaxıstan və Azərbaycan arasında yeni hava əlaqəsi təkcə iqtisadi əməkdaşlığı gücləndirməyəcək, həmçinin iki ölkə arasında turizmin inkişafına töhfə verəcək”, - deyə “Qazaq Air” aviaşirkətindən qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş