Notariuslarla bağlı yenilik

Xəbərlər

02.05.2023 - 13:12

cedabet dərman SEO Xidməti

Bu qurumlara yeni hüquq verilib

Notariuslara daha bir hüquq verilir. AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, notariuslar artıq kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edə biləcək.

Qüvvədə olan qanuna görə notariuslar yalnız kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında əldə edə bilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş