Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər
Nigerdə ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb. AYNA bu barədə xarici mediaya istinadən məlumat verir.
Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.
Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.