Virusa yoluxanların sayı isə 514 nəfər artaraq 39 min 316-a çatıb
Niderland Səhiyyə Nazirliyinin tabeliyində olan Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu COVİD-19-la bağlı son məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə son 24 saat ərzində koronavirusdan həyatını itirənlərin sayının 84 nəfər artaraq 4795-ə çatdığı bildirilib.
Virusa yoluxanların sayı isə 514 nəfər artaraq 39 min 316-a çatıb.
Digər tərəfdən, ölkədə bu günə qədər koronavirus diaqnozu qoyulmuş 13884 səhiyyə işçisindən 9-nun vəfat etdiyi vurğulanıb.