Netanyahu ilə Makron arasında telefon danışığı olub

Dünya

07.10.2024 - 10:03

cedabet dərman SEO Xidməti

Fransa Prezidenti Livan və Qəzza zolağında atəşkəsin vacibliyini bəyan edib

Fransa Prezidenti Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Livan və Qəzza zolağında atəşkəsin vacibliyini bəyan edib.

AYNA-nın xəbərinə görə, Yelisey sarayından verilən açıqlamada deyilir ki, Makron İsrail liderinə “atəşkəs vaxtı çatıb” deyib.

Eyni zamanda, siyasətçilər Yaxın Şərqdə baş verənlərə münasibətdə fərqliliklərin olduğunu etiraf etsələr də, yenə də bir-birləri tərəfindən başa düşülmək istəyirlər.

İsrailin Baş nazir ofisinin məlumatına görə, Netanyahu Fransa Prezidenti ilə söhbətində ölkəsinə silah embarqosunun İranın rəhbərlik etdiyi “Şər oxu”nu gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, İsrailin müttəfiqlərindən “Şər oxu”nu gücləndirəcək məhdudiyyətlər tətbiq etməkdənsə, onu dəstəkləməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş