Yaralanan 19 nəfərin müalicəsi davam edir
Nepalın Rameçhap bölgəsində paytaxt Katmanduya gedən sərnişin avtobusu qəzaya uğrayıb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rameçhap rayon polisi Raj Kumar bildirib.
Qəza nəticəsində 9 nəfər hadisə yerində, 4-ü isə Dhulikhel xəstəxanasında dünyasını dəyişib.
Qəzada yaralanan 19 nəfərin Dhulikhel xəstəxanasında müalicəsi davam edir.
Polis hadisədən sonra verdiyi açıqlamada qəzanın səbəbinin hələlik aydınlaşdırılmadığını deyib.