Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

02.08.2022 - 12:12

Azərbaycan neftinin bir bareli 105 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,69 dollar azalaraq 99,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,53 dollar ucuzlaşaraq 93,36 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,81 dollar azalaraq 105,97 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az