Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

10.12.2021 - 13:14

Azərbaycan nefti 76,83 dollara satılır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 74,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 70,62 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar azalaraq 76,83 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az