Neftimiz ucuzlaşıb

İqtisadiyyat

15.02.2024 - 11:24

Azərbaycan neftinin bir bareli 86 dollardan baha satılır

Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar və ya 1, 08 faiz azalaraq 86,95 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az