“Neftçi” “Zəfər kuboku”nun qalibi olub

İdman

23.04.2022 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

Final matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər

Aprelin 23-də kişi voleybolçular arasında “Zəfər kuboku” uğrunda turnirin final oyunu keçirilib.

AYNA xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunan turnirin “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan final matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn “Neftçi” komandası “Zəfər kuboku”nun qalibi adını qazanıb.

Aprelin 22-də start götürən yarışda yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Neftçi”, “Murov”, “Sərhədçi” və MOİK komandaları iştirak ediblər. Olimpiya sistemi üzrə keçirilən turnirdə məğlub komandalar – “Sərhədçi” və MOİK mübarizəni dayandırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş