“Neftçi” “Kəpəz”i məğlub edib

İdman

14.08.2022 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Premyer Liqanın ikinci turuna yekun vurulub

Futbol üzrə Premyer Liqasının ikinci turuna avqustun 14-də “Bakcell Arena”da keçirilən “Neftçi”–“Kəpəz” oyunu ilə yekun vurulub.

AYNA xəbər verir ki, baş hakim Nicat İsmayıllının idarə etdiyi oyunda paytaxt təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.

Neftçinin heyətində qolları Solomon Kverkveliya (11), Qodsvey Donyo (12), Kenni Sayef, (15), Eddi İsrafilov (51), Yeqor Boqomolski (89), "Kəpəz" komandasında isə Abdullahi Şuaybu (57) və Nicat Süleymanov (90+3) vurublar.

Xatırladaq ki, bu komandalar arasında baş tutmuş son üç görüşdə “Neftçi” qalib gəlmişdi. “Kəpəz” isə son dörd səfər qarşılaşmasında qol vurmamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş