“Neftçi” “Beşiktaş”a məğlub olub

İdman

10.08.2023 - 23:43

İstanbul klubu bakılılar üzərində 3:1 hesabı ilə qələbə qazanıb

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxıb. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

Bakılılar Türkiyə “Beşiktaş” ilə üz-üzə gəlib. İlk qarşılaşma “Neftçi Arena”da baş tutub. Adrian Mutunun yetirmələri İstanbul səfəri öncəsi dolu tribunalar önündə azarkeşlərini sevindirə bilməyib.

Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.

Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

10 avqust

21:00. “Neftçi” (Azərbaycan) – "Beşiktaş" (Türkiyə) - 1:3

Qol: Lebon, 79 - Abubakar, 14. Muleka, 24. Salih, 62

Neftçi: 1. İvan Brkiç, 21. İsmayıl Zülfüqarlı, 44. Yuri Matias, 4. Mark Tamaş, 19. Azər Salahlı, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 27. İsmayıl Yusifli, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.

Ehtiyat oyunçular: 82. Rüfət Abbasov, 37. Elton Əlibəyli, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.

Baş məşqçi: Adrian Mutu.

Beşiktaş: 34. Mert Günok (k), 24. Valentin Rozye, 12. Daniel Amarti, 77. Umut Meraş, 6. Omar Kolli, 19. Amir Haciahmetoviç, 4. Onur Bulut, 8. Salih Uçan, 83. Jedson Fernandes, 40. Cekson Muleka, 10. Vensan Abubakar.

Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 90. Semih Kılıçsoy, 17. Kerem Kesgin, 41. Oğuzhan Akgün, 3. Fransisko Montero, 7. Ante Rebiç, 20. Necip Uysal, 21. Demir Tıknaz, 23. Kartal Yılmaz, 71. Jan Onana, 99. Emrecan Bulut.

Baş məşqçi: Şenol Günəş.

Baş hakim: Lukas Fahndrix (İsveçrə)

Bakı. “Neftçi Arena”

Müəllif: Ayna.az