Neft ucuzlaşıb

İqtisadiyyat

22.11.2023 - 13:02

Azərbaycan neftinin bir bareli 85 dollardan baha satılır

Dünya bazarında neft ucuzlaşıb. AYNA-nın xəbərinə görə, WTI markalı neftin dekabr füçersləri 0,12% faiz ucuzlaşaraq, bir barelinin qiyməti 77,68 ABŞ dolları olub.

“Brent” markalı neftin yanvar füçersləri isə 0,15% ucuzlaşaraq, bir barelinin qiyməti 82,33 ABŞ dolları təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light”ın bir barelinin qiyməti 1,13 dollar və ya 1,3 faiz azalaraq 85,73 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az