“Qara qızıl”ın qiyməti 40 dolları keçdi

İqtisadiyyat

05.06.2020 - 11:08

Azərbaycan nefti isə bir qədər ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. AYNA xarici mediaya istinadən bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar artaraq 40,32 dollar olub.

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 37,60 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə əvvəlki günə nisbətən ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 40,41 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Müəllif: Ayna.az