Neft bahalaşıb

İqtisadiyyat

14.11.2023 - 11:29

Azərbaycan neftinin bir bareli 87 dollardan baha satılır

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 82,71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 78,43 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,87 dollar və ya 1% artaraq 87.15 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az