Neft bahalaşıb

İqtisadiyyat

20.10.2023 - 11:01

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin bir bareli 95 dollardan baha satılır

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,86 dollar artaraq 93,24 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 90,37 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,1 dollar artaraq 95,96 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş